ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz dəniz aparatını məhv etməsi ilə bağlı iddiaları təkzib edib.
Globalinfo.az-ın məlumatına görə, bu barədə CENTCOM-un “X” sosial şəbəkəsindəki rəsmi hesabında açıqlama verilib.
Komandanlıqdan bildirilib ki, ABŞ-ın Yaxın Şərqdə fəaliyyət göstərən bütün pilotsuz yerüstü dəniz aparatları öz yerlərindədir və normal fəaliyyətlərini davam etdirirlər.
Açıqlamada qeyd olunub ki, bu aparatlara Hörmüz boğazında patrul xidməti həyata keçirən və CENTCOM-un müdafiə əməliyyatlarını dəstəkləyən müasir dəniz dronlarından ibarət eskadrilya da daxildir.
Tahir Turan