Romada keçirilən Avropa Açıq Turnirinin ikinci günündə Azərbaycan millisinin üzvləri Şəfəq Həmidova və Aydan Vəliyeva qızıl medal qazanıblar.
Globalinfo.az xəbər verir ki, -48 kq çəki dərəcəsində çıxış edən Şəfəq Həmidova 1/4 finalda Elena Quarduçi, yarımfinalda isə Culiya Qilyoneyə (hər ikisi İtaliya) qalib gəlib.
Finalda Almaniya təmsilçisi Sara İşt üzərində qələbə qazanan cüdoçumuz çempion tituluna yiyələnib.
Qeyd edək ki, -52 kq çəkidə mübarizə aparan Aydan Vəliyeva finala gedən yolda italiyalı Aziya Avanzato və Alessandra Rokkonu üstələyib. Təmsilçimiz həlledici görüşdə digər İtaliya idmançısı İlariya Finestronedən üstün olub.
Xatırladaq ki, turnirin ilk günündə Madina Kaisinova (+78 kq) bürünc medala sahib olub.




