560180785775a881ebc09dc648fa63a9c1a14bce7017bd2a45a5525415f24186

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, noyabrın 27-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 107, həmçinin borclu şəxs qismində axtarışda olan 81 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Paylaş: