mjhuClfLXqPhTs0jsm66LdRLsF6E0TjYsAwqAoJK 1200
Bakının Maştağa qəsəbəsində yerləşən qəzalı bina ətrafda yaşayan sakinlərin narahatlığına səbəb olub. Sakin Mehriban Səfərova iddia edir ki, 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin binasında baş verən uçqun onun həyətinə də ziyan vurub. Problemlə bağlı aidiyyəti qurumlara müraciət edilsə də, indiyədək tədbir görülməyib.

Globalinfo.az xəbər verir ki, vətəndaş bu barədə Baku TV-nin qaynar xəttinə müraciət edib.

Mehriban Səfərovanın sözlərinə görə, ilk uçqun martın 30-da yağan yağışlardan sonra baş verib və dağılma prosesi hələ də davam edir. O, məsələ ilə bağlı müvafiq qurumlara məlumat versə də, əraziyə baxış keçirilmədiyini bildirib.

İki övladı olan şikayətçi yaranmış təhlükəyə görə uşaqlarının həyətdə oynamasına icazə verə bilmədiyini deyib. Onun sözlərinə görə, uşaqları yay aylarında da çölə çıxarmaq mümkün olmayıb.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Maştağa qəsəbəsi, Nəriman Nərimanov küçəsində yerləşən 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin binası qəzalı vəziyyətdə olduğundan hazırda fəaliyyət göstərmir.

İdarədən, həmçinin qeyd olunub ki, təhsil və məktəbdənkənar təhsil müəssisələrində təmir işləri prioritetlik dərəcəsinə uyğun olaraq mərhələli şəkildə aparılacaq.

Ətraflı Baku TV-nin videomaterialında:

Paylaş: