lorenzo mezzotero

İtaliyanın “Sampdoriya” klubunun və Azərbaycanın U-21 millisinin hücumçusu Lorenso Mezzotero Milan “İnter”inə keçə bilər.

Globalinfo.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.

O, İtaliya nəhənginin “Sampdoriya”nın əsas komandasında son 4 oyuna 4 qol vuran 18 yaşlı hücumçunu izlədiyini bildirib. Qeyd edib ki, “İnter” son həftələrdə “Sampdoriya”nın oyunlarını izləmək üçün bir neçə skaut göndərib.

Mezzotero bu mövsüm B seriyasında 6 matçda 4 qol vurub.

Qeyd edək ki, “Sampdoriya” ötən həftə Mezzotero ilə 2030-cu ilin iyununa qədər olan yeni müqavilə imzalayıb.

Paylaş: