GettyImages 2192632286 scaled 1

“Müharibə başa çatdıqdan sonra suriyalı və əfqan miqrantlar Avropadan Ukraynaya deportasiya edilməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Avstriyanın sağçı Azadlıq Partiyasının (FPÖ) lideri Herbert Kikl deyib.

“Avropa İttifaqı Ukraynaya yüz milyardlarla vəsait ayırıb. Bu məbləğin 3,6 milyard avrosu Avstriyanın vəsaitidir. Bəs niyə Avropa səviyyəsində belə bir tələb irəli sürməyək: ölkələrinə göndərə bilmədiyimiz insanları sülh əldə edildikdən sonra kompensasiya olaraq Ukrayna qəbul etsin. Axı onların bizə borcu var.

İddialara görə, Qərb dəyərləri orada – Ukraynada tam şəkildə qorunub saxlanılıb. Belə olan halda, insanları 5 700 kilometr məsafədə yerləşən Ruandaya təyyarə ilə göndərmək üçün külli miqdarda vəsait xərcləməyə ehtiyac qalmaz. Onları qatarla və ya avtobusla Ukraynaya göndərmək olar.

Bu, hətta hər kəs üçün sərfəli bir vəziyyətə çevrilə bilər. Ola bilsin ki, Ukraynanın ölkənin bərpası üçün həmin insanlara ehtiyacı olacaq”, – deyə H.Kikl bildirib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: