images 33

“Mən Bakı kralıyam? Xeyr, amma bu şəhərin mənim üçün çox xüsusi yeri var”.

Globalinfo.az  xəbər verir ki, bunu “Barselona” klubunun futbolçusu Entoni Qordon UEFA Çempionlar Liqasının V turunda “Sabah”la Bakıda keçirilən qarşılaşmadan sonra deyib.

İngiltərəli yarımmüdafiəçi oyunda het-trik etmək imkanının olduğunu, lakin sol ayağı ilə vurduğu zərbəni qola çevirə bilmədiyini söyləyib. Qordon uzun səfərin komanda üçün çətin keçdiyini  bildirib:

“Rəqib yüksək pressinq tətbiq edirdi. Qarşılaşmanın rəqabətli keçəcəyini gözləyirdik və fürsətlərimizdən yararlandıq. “Barselona” klubunun üzvü olduğum üçün çox xoşbəxtəm. Qol vurmaq bizim əsas xüsusiyyətimizdir”.

Paylaş: