430fac6a 4c73 461f 838e bef18ba24b18

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza rayonun Topçu kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “BYD” markalı minik avtomobili yol kənarında dayanmış traktora çırpılıb.

Güclü zərbənin təsirindən traktor iki yerə bölünüb. Hadisə nəticəsində 4 nəfər xəsarət alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

İlkin məlumata görə, həkim müayinəsindən sonra xəsarət alan şəxslərə ambulator tibbi yardım göstərilib və onlar evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

f24c064c ae76 42f0 8d10 69cf9208522b

Paylaş: