Rusiya Volodimir Zelenski ilə danışıqlar aparmır. Danışıqlar Ukrayna tərəfi ilə keçirilir.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.
“Zelenski ilə heç kim danışıqlar aparmır. Danışıqlar Ukrayna tərəfi ilə keçirilir”, – deyə Uşakov qeyd edib.
Qeyd edək ki, noyabr ayında Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqlar keçirilib. Uşakovun sözlərinə görə, görüş məzmunlu və faydalı olub.
Əliyar Xəlil