fridrix merz

“Almaniya kansleri Fridrix Merzin Rusiyanın Ukraynadan daha çox şey istədiyi barədə bəyanatı kifayət qədər düşünülmüş deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Qriqori Karasin deyib.

“Biz daha artığını istəmirik. Söhbət gedən vilayətlərin ərazisində insan hüquqları ilə bağlı normal vəziyyətin bərpa olunmasını, insanların öz dillərində danışmaq hüququna hörmət edilməsini, ən əsası isə Rusiyanın təhlükəsiz şəraitdə yaşamaq hüququnun təmin olunmasını istəyirik. Sərhədimiz yaxınlığında Şimali Atlantika Alyansının (NATO) yeni üzvünün olmasını istəmirik”, – deyə Karasin bildirib.

Senator əlavə edib ki, sadaladığı şərtlər xüsusi hərbi əməliyyatın məqsədləridir.

“Ümid edirik ki, Qərbin siyasətçiləri nəhayət Ukraynanın əli ilə öz eqoist məqsədlərini həyata keçirmək üçün yaratdıqları qarşıdurmanın əsl məqsədini anlayacaqlar. Həqiqət bundan ibarətdir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Fridrix Merz Rusiyanın Ukraynadan daha çox şey istədiyini bildirmişdi.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: