Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna ilə bağlı danışıqlarda avropalıların iştirakını Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etdiyini bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “Le Point” jurnalına müsahibəsində danışıb.
Lukaşenko Ukrayna ilə bağlı danışıqlarda avropalıların iştirakının vacibliyinə tam əmin olduğunu vurğulayıb.
O, bu fikrini Putin və Rusiyanın rəsmi şəxsləri ilə Əbu-Dabidə keçirilən danışıqlardan sonra baş tutan son görüş zamanı da bölüşdüyünü deyib.
“Mən onlara bunu birbaşa dedim. Bu, Əbu-Dabidən dərhal sonra baş verdi. Onlara dedim: “Uşaqlar, biz belə danışa bilmərik! Birincisi, Avropanın gələcəyini avropalıların iştirakı olmadan müzakirə etmək olmaz. İkincisi, Rusiya Avropanın gələcəyini Ukrayna ilə necə müzakirə edə bilər? Bunlar bir-birinə qarşı duran iki düşərgə, müharibə vəziyyətində olan iki ölkədir! Onlar ümumiyyətlə Avropa haqqında necə danışa bilərlər?” – deyə Lukaşenko qeyd edib.
Belarus lideri əlavə edib ki, onun fikirləri sonda Rusiya tərəfindən tam anlayışla qarşılanıb.
Əliyar Xəlil
Globalinfo.az