ermeni

“Əsgərin həyatı ordu rəhbərliyinin ən ali dəyəri olmalıdır, növbəti statistika göstəricisi deyil”.

Globalinfo.az xəbər verir ki, bunu erməni hərbi ekspert Vahan Saroyan deyib.

“Mətbuatdan öyrəndim ki, noyabrın 17-də – hərbi təqvimə əsasən, Tibb Xidmətinin Günündə, təxminən 300 nəfərin iştirakı ilə ziyafət təşkil olunub və tədbirdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi də iştirak edib. Halbuki həmin gün Gavar şəhərində növbəti hərbçinin ölümü ilə əlaqədar ailəsi və yaxınları yas saxlayırdı.

Son dövrlər orduda hərbçilərin ölüm halları davamlı olaraq qeydə alınır. Dəhşətli olan təkcə orduda ölüm hallarının baş verməsi deyil, həm də növbəti faciənin adi hadisəyə çevrilməsidir. Özü də bu, məhz ordu rəhbərliyi üçün adi hala çevrilir”, – deyə o qeyd edib.

Ekspert bildirib ki, ordu rəhbərliyinin əsas prioriteti bayram süfrələri ətrafında toplaşmaq deyil, insan həyatını xilas etmək, məsuliyyət daşımaq, bu ölümlərin qarşısını almaq, eləcə də həlak olmuş əsgərə və onun ailəsinə adi insani hörmət göstərmək olmalıdır:

“Orduda əsgərlər həlak olduğu bir vaxtda ziyafət təşkil etmək və bayram əhval-ruhiyyəsi nümayiş etdirmək öz əsgərlərinin həyatına və onların ailələrinin yaşadığı ağrıya qarşı açıq-aşkar laqeydlikdir. Birbaşa sual yaranır: əsgərin həyatı onu qorumağa borclu olan şəxslər üçün heç bir dəyər daşımırmı?..”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: