Vahidi

“Yaxın Şərqdə növbəti müharibə artıq sırf regional xarakter daşımayacaq. Çünki İranın hərbi cavabı dünyanın istənilən nöqtəsini əhatə edə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Əhməd Vahidi bəyan edib.

“İslam İnqilabının ali rəhbərinin də bəyan etdiyi kimi, müharibə artıq yalnız regionla məhdudlaşmayacaq. Zərurət yaranan istənilən yerdə hərbi əməliyyatların genişlənməsinin şahidi ola bilərik. Düşmənlər başa düşməlidirlər ki, müharibə artıq mütləq regional xarakter daşımalı deyil”, – deyə Vahidi vurğulayıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: