Türkiyənin Eskişehir vilayətində baş vermiş Helikopter qəzası nəticəsində 5 nəfər şəhid olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Eskişehirdə təlim uçuşu zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrimizə məxsus helikopterdə xidmət edən 5 qəhrəman silahdaşımız şəhid olub” – məlumatda qeyd olunub.
**21:32
Türkiyənin Əskişəhər şəhərində təlim uçuşu həyata keçirən hərbi helikopter qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, təlim məqsədilə Əskişəhərdən havaya qalxan AS-532 tipli helikopter qəza edib. Hadisədən sonra helikopterin qalıqlarının yeri müəyyənləşdirilib.