Səudiyyə Ərəbistanının Mülki Müdafiə Agentliyinin məlumatına görə, naməlum mərmi Ər-Riyadın maliyyə rayonuna düşməsi nəticəsində 11 nəfər yaralanıb.
Mülki müdafiə sözçüsü bildirib ki, yaralananlar arasında iki Səudiyyə Ərəbistanı vətəndaşı, iki Hindistan vətəndaşı, üç Nepal vətəndaşı və dörd Misir vətəndaşı var.
***
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən ən hündür göydələn naməlum mərmi ilə vurulub.
Globalinfo.az xəbər verir ki, bu barədə üç şahid AFP agentliyinə məlumat verib.
Mərminin düşdüyü hissədə yanğın başladığı bildirilib.
Şahidlərin sözlərinə görə, bu, bir həftədən az müddətdə şəhərin biznes mərkəzindəki həmin binaya endirilən ikinci zərbədir.
Göydələndə Səudiyyə Ərəbistanının Suveren Sərvət Fondunun (PIF) baş qərargahı yerləşir.
Əliyar Xəlil
Globalinfo.az