Rumıniya Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük prosesində İrəvana dəstək göstərməyə, o cümlədən Qərb institutlarına və qanunvericiliyinə keçidlə bağlı təcrübəsini bölüşməyə hazırdır.
Globalinfo.az xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan Buxarestdə Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Buxarest Qərbi Balkan ölkələri, Moldova, Ukrayna və Ermənistanın Avropaya inteqrasiya səylərini dəstəkləyir. Dan Aİ-nin sülh və rifah məkanı olduğunu vurğulayıb.
Paşinyan isə tərəflərin siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin inkişafı barədə razılığa gəldiklərini qeyd edib.
Görüşdə bərpaolunan enerji, yüksək texnologiyalar, qida sənayesi, əczaçılıq və turizm sahələrində birgə layihələr də müzakirə olunub.
Səfərin yekununda Rumıniya və Ermənistan arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb.
Əliyar Xəlil