Almaniya prezidenti Rusiya ilə bağlı qəti bəyanat verdi: “…artıq tərəfdaş deyilik”

Almaniya prezidenti Frank-Valter Ştaynmayer alman xalqı qarşısında çıxışında deyib ki, Rusiya və Almaniya artıq tərəfdaş deyillər və Rusiyanın Ukraynaya qarşı apardığı “amansız işğalçı müharibəsi” Avropanın təhlükəsizlik quruluşunu tapdalayıb.

Ştaynmayer çıxışında Vladimir Putin haqqında danışıb və qeyd edib ki, “Rusiya prezidentinin imperialist ağızlsızlığı beynəlxalq hüququ pozub, sərhədləri şübhə altına alıb, əraziləri ələ keçirməyə başlayıb”. O vurğulayıb ki, Rusiya Ukraynaya hücum etməklə dünyanın iki dünya müharibəsindən çıxardığı dərsləri heçə endirir.

İndi dünya, Almaniya prezidentinin fikrincə, “qarşıdurma mərhələsindədir”. “Sülh üçün dividendlər artıq xərclənib” deyən Ştaynmayer Almaniya üçün çətin bir dövrün başladığını qeyd edib. Putinin “qanunlara, zorakılıqdan qaçmaq və sərhədlərin toxunulmazlığı prinsiplərinə hücumu həm də almanların müdafiə etdiyi hər şeyə hücumdur”.

Ştaynmayerin sözlərinə görə, Almaniya diplomatik həll yolları tapmaq üçün hər cür səy göstərir. Bununla belə, o deyir ki, şər qarşısında xeyirxahlıq kifayət etmir. Onun fikrincə, “son səkkiz ayda rusların rəzil və misantropik hücumlarını” başqa cür adlandırmaq olmaz.

Ştaynmayerin fikrincə, Ukraynada sülhü ərazilərin verilməsi əsasında təmin etmək olmaz. Bir neçə gün əvvəl Ukraynaya səfər edən Almaniya prezidenti vurğulayıb ki, “Ukraynada bir çox insan üçün onları rus işğalçılarına təslim olunması şərin qələbəsinə bərabərdir”.

“İndi Rusiyaya baxanda romantikaya yer yoxdur. Bu gün ölkələrimiz bir-biri ilə üz-üzədir” – deyə, Ştaynmayer ölkənin, əsasən şərq federal torpaqlarının “Rusiya ilə bağlılığını hiss edən, rus musiqisini və ədəbiyyatını sevən” sakinlərinə müraciəti zamanı bildirib.

Almaniya vətəndaşlarına müraciət edən Ştaynmayer vurğulayıb ki, Almaniyanı qarşıda “ağır, çətin illər” gözləyir.

“İki ildən sonra iqtisadi tənəzzülün öhdəsindən gəldiyimizi demək istəyirik. Beş ildən sonra demək istəyirik ki, təkcə Ukrayna öz suverenliyini qorumadı, biz də Avropada yeni müharibələrdən də qorxmamalıyıq. On il sonra biz cəmiyyəti parçalanmaqdan qoruduq və əksəriyyət demokratiyaya inamını saxladı demək istəyirik. 15 ildən sonra müharibəyə və böhrana baxmayaraq, biz planetimizdə gələcək nəsillər üçün yaxşı həyata zəmanət verdik demək istəyirik”.

2012-2017-ci illərdə bu postu tutan Almaniyanın sabiq prezidenti Yoahim Qauk da Rusiya Federasiyasının prezidenti haqqında fikirlərini bildirib. Onun fikrincə, Qərb liderləri başa düşməlidirlər ki, Rusiya diktatoru Vladimir Putinin yüksəlişi “tam psixotik marksist-leninist sistemdə” baş verib və bu, onun neoimperiya davranışı ilə qarışıb və bu, “təhlükəli qarışıqlığı təmin edir”.

Mənbə: Amerikanın Səsi