İspaniyanın “Barselona” futbol klubunun prezidenti Xuan Laporta Bakıda əyləncəli anlar yaşayıb.
Globalinfo.az xəbər verir ki, o, oteldə keçirilən məclisdə “Barselona” komandasının himnini oxuyub.
Qeyd edək ki, Laporta UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”la keçiriləcək oyun üçün Bakıya gəlib. “Sabah” – “Barselona” qarşılaşması 25 noyabrda Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.
