Azərbaycan komandası Slovakiya millisinə 3-1 hesabı ilə məğlub oldu.

***

Düris 87-ci dəqiqədə üçüncü qolu vurdu: 1-3.

***

Qaratslin görüşün 76-cı dəqiqəsində Slovakiyanın ikinci qolunu vurdu: 1-2.

***

Toral Bayramov 38-ci dəqiqədə hesabı bərabərləşdirdi: 1-1.

***

Rahil Məmmədov görüşün 15-ci dəqiqəsində avtoqol müəllifi oldu: 0-1.

***

Azərbaycan – Slovakiya qarşılaşması start götürdü.

Canlı yayımı təqdim edirik:

***

Bu gün UEFA Millətlər Liqasında üz-üzə gələcək Azərbaycan və Slovakiya yığmalarının start heyətləri açıqlanıb.

Globalinfo.az xəbər verir ki, milli komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar:

Azərbaycan: Mehdi Cənnətov, Qismət Alıyev, Rahil Məmmədov, Bədavi Hüseynov, Anton Krivotsyuk, Aleksey İsayev, Ceyhun Nuriyev, Elvin Cəfərquliyev, Toral Bayramov, Mahir Emreli, Ramil Şeydayev

Slovakiya: Marek Rodak, David Hançko, Lubomir Satka, Milan Şkrinyar, Peter Pekarik, Ondrey Duda, Stanislav Lobotka, Laslo Beneş, Tomas Suslov, David Strelets, Lukas Qaratslin.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da başlayacaq.

Paylaş: