WhatsApp Image 2024 02 05 at 11.14.50

“Qərb ölkələrinin Ukraynaya nüvə silahı ötürməsi ehtimalı var”. 

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

O, belə bir addımın Moskvanı Ukraynaya qarşı qabaqlayıcı nüvə zərbəsi endirmək qərarı verməyə sövq edə biləcəyini vurğulayıb:

“Rusiyanın nüvə doktrinasında qabaqlayıcı nüvə hücumunun birbaşa nəzərdə tutulmadığını söyləmək olar. Bununla belə, müəyyən şərtlər daxilində belə bir qərarın qəbul edilməsi mümkündür.

Qərb dövlətlərinin Ukraynaya nüvə silahını açıq və ya gizli şəkildə verməsi Moskva üçün ciddi təhlükə yarada və bu təhlükənin zərərsizləşdirilməsi məqsədilə qabaqlayıcı addımlara səbəb ola bilər”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: