“Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsi kontekstində ABŞ-ın dostu deyil. Lakin Ağ Ev rəhbəri Donald Trampın Rusiya liderini bu cür xarakterizə etməsi tamamilə yerində olub”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleyton “ABC News” telekanalının efirində bildirib.
“Bu söhbət, bu mənzərə – həqiqətən də tarixi bir mənzərə – üç nüvə dövlətinin görüşü kontekstində baş verib. Həmin ölkələr “Biz nüvə insidentinə yol verə bilmərik” bəyanatını veriblər. Bu söhbətin kontekstində “dost” ifadəsinin işlədilməsi tamamilə yerindədir. Amma Vladimir Putin Amerikanın dostudurmu? Ukrayna məsələsində o, belə deyil. Qətiyyən!”, — deyə o qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Putini Çində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində baş tutan şəxsi görüş zamanı “dostum” adlandırıb. Noyabrın 21-də Tramp Putinlə birgə fotosunu “Mənim dostum” qeydi ilə paylaşıb.
Əliyar Xəlil
Globalinfo.az