
Rusiya ordusunun gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə və ətraf yaşayış məntəqələrinə həyata keçirdiyi hücumlar nəticəsində azı 15 nəfər həyatını itirib.
Globalinfo.az xəbər verir ki, Kiyevdən təxminən 45 kilometr şimalda yerləşən Dymer qəsəbəsində beşmərtəbəli yaşayış binasına raket hücumu edilib.
Kiyev vilayətinin qubernatoru Timur Tkaçenko “Telegram” kanalında paylaşdığı məlumatda Dymerdə azı 11 nəfərin öldüyünü bildirib.
Həmçinin Bila Tserkva şəhərində də yaşayış evinin vurulması nəticəsində bir nəfər həlak olub.
Dağıntıların miqyası və insan tələfatı ilə bağlı məlumatların dəqiqləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Safura Bənnayeva
Globalinfo.az