kiyev partlayis

Ukraynanın paytaxtı Kiyevdə dron hücumu nəticəsində bir neçə rayonda yanğın və dağıntılar qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko məlumat yayıb. O qeyd edib ki, Podolski rayonunda yaşayış binasının mənzillərində yanğın başlayıb. Digər ünvanda isə dron açıq əraziyə düşüb.

Obolonski rayonunda dron qalıqları yol üzərində alovlanıb, Şevçenkivski rayonunda isə qalıqlar səkkiz mərtəbəli binanın damına düşüb. Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa isə Rusiya dronunun qalıqlarının nazirliyin ərazisinə düşdüyünü açıqlayıb. O bildirib ki, həmin qalıqlar daha sonra muzeyə təhvil veriləcək.

Tahir Turan
Globalinfo.az

Paylaş: