Rusiya Prezidenti Vladimir Putin iqtisadi hökmranlıq və təzyiq vasitələrinin artıq əvvəlki effektivliyə malik olmadığını bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində çıxışı zamanı danışıb.
“Təcrübə göstərdi ki, iqtisadi hökmranlıq və faktiki məcburetmənin əvvəlki alətləri artıq öz imkanlarını tükədib və çəkindirici təsirini əhəmiyyətli dərəcədə itirib”, – deyə Rusiya Prezidenti vurğulayıb.
Putinin sözləri Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar və məhdudiyyətlərin fonunda səslənib.
Qeyd edək ki, Putin noyabrın 18-də sammitdə iştirak etmək üçün Şençjenə gəlib. APEC sammiti noyabrın 18-19-da keçirilir.
Əliyar Xəlil
Globalinfo.az