Moldova Kişinyov istiqamətində hərəkət edən “Şahid” tipli pilotsuz uçuş aparatı (PUA) aşkarlandıqdan sonra ölkənin hava məkanını tamamilə bağlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Moldovanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, pilotsuz uçuş aparatı cənub istiqamətindən Kişinyov şəhərinin Botanika sektoruna doğru hərəkət edib.
Yaranmış təhlükə ilə əlaqədar yerli vaxtla saat 16:20-də (Bakı vaxtı ilə 18:20) ölkənin bütün hava məkanından istifadənin məhdudlaşdırılması barədə qərar qəbul olunub.
Məlumata görə, Hava Əməliyyatları Mərkəzi səlahiyyətli qurumlar və tərəfdaşlarla koordinasiyalı şəkildə vəziyyəti izləməyə davam edir.
https://t.co/sEPgDGKncv
— News (@02042006Afa) November 17, 2026
Əliyar Xəlil