u21 milli

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Omanın U-23 yığması ilə növbəti yoxlama oyununa çıxıb.

Globalinfo.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən qarşılaşma yığmamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində Elgün Dünyamalıyev 28-ci, Əli Xəlilov 42-ci, İlkin Cəfərli 65-ci, Niyazi Osmanov isə 78-ci dəqiqədə fərqlənib.

Xatırladaq ki, komandalar arasında keçirilən ilk yoxlama görüşündə də Azərbaycan millisi qalib gəlmişdi. Həmin matçda yığmamız Omanı 2:1 hesabı ilə məğlub etmişdi.

Paylaş: