6afc6c9ae7a006afc6c9ae7a0117949277706afc6c9ae79fd6afc6c9ae79ff

Rusiyanın Kemerovo vilayətində AN-12 tipli təyyarənin qəzaya uğraması 17 nəfərin ölümü ilə nəticələnib.

Globalinfo.az xəbər verir ki, bu barədə “NGS42.RU” portalı məlumat yayıb.

Məlumata görə, qəza noyabrın 17-də vilayətin Yagunovo kəndi yaxınlığında qeydə alınıb.

Hadisənin şahidləri təyyarənin havada olarkən alışdığını, daha sonra sürətlə aşağı enərək yerə çırpıldığını və partladığını bildiriblər.

Kemerovo vilayətinin qubernatoru İlya Seredyuk hadisəni aviasiya insidenti kimi qiymətləndirib. O, sosial şəbəkə hesabında qəza yerində operativ xidmətlərin fəaliyyət göstərdiyini, regional hakimiyyətin isə zəruri yardımı təmin etdiyini qeyd edib.

Paylaş: