Ermənistan və Azərbaycan arasında dünən yaşanan toqquşmanın detalları bəlli olub.
Globalinfo.az xəbər verir ki, dünənki toqquşmadan sonra tərəflər arasında atəşkəsin əldə olunması vasitəçisiz həyata keçirilib.
Bu faktı jurnalistlərə açıqlama verən Ermənistan Parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyası sədrinin müavini Armen Xaçaturyan da təsdiqləyib. O, atəşkəsin birbaşa iki ölkənin yüksəkvəzifəli rəsmilərinin vasitəsilə əldə olunduğunu deyib. Bununla belə, yüksəkvəzifəli şəxslərin kim olduğunu açıqlamayıb.
Xaçaturyan bölgədə situasiyanın stabil qalacağına heç kimin zəmanət vermədiyini və eskalasiyanın yenidən yaşana biləcəyini deyib:
“Biz mühəndis işləri aparırıq, onlar də həmçinin. Bu prosesdə problemlər yaranır və hər an hər şey ola bilər”.
O, Ermənistanın Azərbaycan ordusunu insidentin yaşandığı yerdən geri atmaq üçün yetərli qüvvəsi olduğunu, amma buna genişmiqyaslı müharibə təhlükəsi ilə əlaqədar getmədiyini iddia edib.
İlkin Həsənov
Globalinfo.az