Qeyri-hökumət təşkilatları (QHT) daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis edilə biləcəklər.
Globalinfo.az xəbər verir ki, sözügedən məsələ “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
İctimai birliklərin yarada biləcəyi növlərin əhatə dairəsi genişlənir.
Layihəyə əsasən, ictimai birliklər aşağıdakı növlərdən biri üzrə yaradıla bilər:
– peşə sahəsi üzrə ictimai birlik;
– sosial-humanitar sahə üzrə ictimai birlik;
– mədəniyyət və incəsənət sahəsi üzrə ictimai birlik;
– təhsil və elm sahəsi üzrə ictimai birlik;
– ekologiya sahəsi üzrə ictimai birlik;
– hüquq sahəsi üzrə ictimai birlik;
– iqtisadi sahə üzrə ictimai birlik;
– qanunla müəyyən edilmiş digər növlər.
– Fondlar aşağıdakı növlərdən biri üzrə yaradıla bilərlər:
– ictimai faydalı fond;
-xeyriyyə fondu;
– qanunla müəyyən edilmiş digər növlər.
İctimai birlik və fond yalnız bir növdə yaradıla bilər.