1793185055624 tiep vien phat hien tin nhan bat thuong cua khachdocx 1793183379918

ABŞ-da ötən həftə hava nəqliyyatının fəaliyyətində ciddi pozuntulara səbəb olan texniki nasazlığın mənbəyi müəyyən edilib. Mütəxəssislər problemin yarandığı ehtimal edilən marşrutlaşdırıcı qurğunu aşkar edərək ətraflı araşdırma üçün laboratoriyaya göndəriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın nəqliyyat naziri Şon Daffi məlumat verib.

Nazirin sözlərinə görə, hava hərəkətinin idarə edilməsi şəbəkəsinə məlumat ötürən və nasazlığın yaranmasında rol oynayan router müəyyən edilib.

Hazırda avadanlıq Floridada yerləşən “L3Harris” laboratoriyasında mütəxəssislər tərəfindən yoxlanılır. Araşdırmaya Federal Aviasiya Administrasiyasının (FAA) əməkdaşları ilə yanaşı, Federal Təhqiqat Bürosu (FTB) da cəlb olunub.

Daffi bildirib ki, əsas məqsəd problemin qurğunun quraşdırılması zamanı buraxılmış texniki səhvdən, yoxsa avadanlığın özündə yaranmış nasazlıqdan qaynaqlandığını müəyyənləşdirməkdir.

Xatırladaq ki, noyabrın 13-də FAA-nın hava hərəkətini idarə edən mərkəzlərində rabitə sistemində yaranan problem ABŞ üzrə uçuşların dörd saatdan artıq dayandırılmasına səbəb olmuşdu.

Nasazlıq nəticəsində cümə və şənbə günləri ölkə üzrə 10 mindən çox reys ləğv edilib. Hadisə ABŞ aviasiyasında son 25 ilin ən ciddi uçuş pozuntularından biri kimi qiymətləndirilir. 

Paylaş: