Globalinfo.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri Məhəmmədrza Nəqdi açıqlama verib.
Onun sözlərinə görə, Xameneinin qisasının alınması tələbi bütün xalqın ortaq mövqeyidir və insanlar bundan başqa heç bir nəticə ilə razılaşmaq niyyətində deyillər.
Nəqdi bildirib ki, mərhum ali rəhbərin qanının yerdə qalmaması ilə bağlı tələb yeni deyil və bundan sonra da gündəmdə qalacaq.
SEPAH rəsmisi həmçinin vurğulayıb ki, Əli Xameneinin ölümünə görə məsuliyyət daşıyan şəxslərdən qisas alınmadan müharibə sona çatmayacaq. Onun sözlərinə görə, bu qisas mütləq həyata keçiriləcək.
Xatırladaq ki, Əli Xamenei fevralın 28-də ABŞ və İsrail hərbi hava qüvvələrinin Tehrana endirdiyi zərbələr nəticəsində öldürülüb.
Qeyd edək ki, zaman-zaman mətbuatda İranın Əli Xameneinin ölümünə cavab olaraq Netanyahu və ya oğlunu hədəf almaq istədiyi iddia edilir.