17302903554139558522 1200x630

“Göründüyü kimi, gələn ilin dövlət büdcəsi sosial yönümlü olacaq. Xüsusilə uşağın doğulmasına görə birdəfəlik, 3 yaşınadək uşaqlara qulluğa görə aylıq müavinətlər də daxil olmaqla, bir sıra birdəfəlik və aylıq sosial müavinətlərin əsaslı şəkildə artırılmasını qeyd edə bilərik”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Ailə Qadın və uşaq komitəsinin sədri Hicran hüseynova deyib.

Deputat bildirib ki, hər il olduğu kimi, məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalmış şəxslərlə, sağlamlıq imkanları məhdud uşaqlarla və onların ailə üzvləri ilə sosial-psixoloji işin təşkili, eləcə də digər bu kimi məsələlərlə bağlı dövlət büdcəsindən vəsait ayrılır:

“Burada bir məsələyə xüsusi toxunmaq istəyirəm. Dövlət qurumlarının nümayəndələri də iştirak etdiyindən, bu məsələni diqqətinizə çatdırmaq istərdim. Məişət zorakılığı problemlərini dəfələrlə qaldırmışıq. Bu istiqamətdə kəsirlərin aradan qaldırılması, məktəblərdə psixoloqların fəaliyyətinin təmin edilməsi və digər məsələlərlə bağlı təkliflər səsləndirmişik. Lakin büdcə vəsaitlərinin bölgüsünə baxarkən iki vacib məqama diqqət yetirdim.

İstərdim ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin büdcəsində azalma olmasının səbəbləri izah edilsin. Elm və Təhsil Nazirliyinin büdcəsində də azalma ilə bağlı aydınlıq gətirilməsini istərdim”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: