qrt

Rusiyanın məşhur müğənnisi Qriqori Lepsin keçmiş sevgilisi, 20 yaşlı Avrora Kibanın azərbaycanlı iş adamı ilə ailə qurmağa hazırlaşdığı iddia olunur.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Nəşrin yazdığına görə, Avrora Kibanın yeni sevgilisi 36 yaşlı azərbaycanlı iş adamı Rüstəm Hacıyevdir.

Mənbələrin iddiasına əsasən, cütlüyün toy mərasimi bu gün, noyabrın 13-də Bakıda keçiriləcək.

0uzn 1451310886 900160

Qriqori Leps

Bildirilir ki, toyun böyük təntənə ilə təşkil olunması və mərasimdə çoxsaylı nüfuzlu qonaqların iştirak etməsi gözlənilir.

Qeyd edək ki, 2006-cı il fevralın 5-də anadan olan Avrora Kiba daha əvvəl özündən 44 yaş böyük rusiyalı müğənni Qriqori Lepslə münasibəti ilə gündəmə gəlmişdi. Onların sevgi münasibəti Rusiya şou-biznesində geniş müzakirələrə səbəb olmuşdu.

Hazırda cütlüyün toy hazırlıqları ilə bağlı yayılan məlumatlar iş adamı tərəfindən təsdiqlənməyib.

Paylaş: