Ermənistan parlamentinin spikeri Ruben Rubinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətsizliyini tənqid edərək, təşkilatın öz müqaviləsini pozduğunu bildirib.
Globalinfo.az-ın xəbərinə görə, o, Rusiya nümayəndələrinin Ermənistanın Qarabağ məsələsində KTMT-dən narazılığını əsassız hesab edən açıqlamalarına cavab verib.
Rubinyanın sözlərinə görə, Ermənistan Qarabağ məsələsi ilə bağlı heç vaxt KTMT-yə müraciət etməyib.
Bununla belə, parlament sədri təşkilatın fəaliyyətsizliyinə haqq qazandırmağın mümkün olmadığını vurğulayıb. O qeyd edib ki, KTMT-nin yaradılmasının əsas məqsədi üzv dövlətlərin suveren ərazilərini qorumaq olsa da, təşkilat bu öhdəliyini yerinə yetirməyib və beləliklə da öz müqaviləsini pozub.
Əliyar Xəlil