ilon

“Nvidia” şirkətinin baş direktoru Censen Huanq ətrafında qalmaqal böyüyür.

Globalinfo.az xəbər verir ki, onun iki ayrı qadınla nikahdankənar münasibət yaşadığı barədə iddialar gündəmə gəlib.

ABŞ mediası şirkətin direktorlar şurasının Huangın vəzifədən uzaqlaşdırılması məsələsini müzakirə etdiyini yazıb.

Belə ki, “The New York Times”ın məlumatına görə, Huangın şirkətin vitse-prezidenti Kimberli Povell ilə gizli münasibət yaşadığı iddia olunur. Bundan başqa, onun Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən Alis Huanqla da yaxın münasibətdə olduğu bildirilir. Bu iddialarla bağlı “Nvidia” müstəqil araşdırma başladıb.

Qalmaqal fonunda amerikalı milyarder İlon Maskın açıqlaması da diqqət çəkib. “X” platformasında bir istifadəçi Maskdan Censen Huanqı işə götürməsini istəyib. Milyarder isə bu çağırışa “Bu, mənim üçün şərəf olardı” cavabını verib. Onun sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Censen Huanq indiyədək vəzifəsindən ayrıldığını açıqlamayıb. “Nvidia” rəhbərliyi ilə bağlı yekun qərarın verildiyi də təsdiqlənməyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: