zelzeleee 1 1 4

Kamçatkada zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Seysmik təkanlar Petropavlovsk-Kamçatski şəhərindən 324 km məsafədə qeydə alınıb.

Bildirilib ki, zəlzələnin ocağı 30 kilometr dərinlikdə yerləşib.

Təkanların maqnitudası 5,4 olub. Bu gücdə olan zəlzələlər hiss olunan zəlzələlər kateqoriyasına aid edilir.

Təbii hadisə nəticəsində dağıntılar qeydə alınmayıb, xəsarət alanlar barədə də məlumat verilməyib.

Yarımadada bir gün əvvəl baş vermiş zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 52 kilometr şimal-şərqdə yerləşib. Zəlzələnin maqnitudası 4,5 olub. Həmin gün Mutnovski vulkanının üzərində su buxarından ibarət sütun müşahidə edilib. Noyabrın 9-da isə Kuril adaları yaxınlığında zəlzələ baş verib. Seysmik təkanların maqnitudası Rixter şkalası üzrə 4 olub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: