Düşmən təxribatının qarşısını alarkən şəhid olanlardan biri Ağstafa rayonundandır.
Globalinfo.az xəbər verir ki, Laçın istiqamətində düşmənin təxribatı nəticəsində şəhid olan hərbçilərimizdən biri, Ağstafa rayon Xətai kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Elşad Qabil oğludur.
E.Həsənov müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu olub.
O, bir neçə ay öncə ailə həyatı qurub.