Oman sahilləri yaxınlığında tanker hücuma məruz qalıb.
Globalinfo.az “Report”-a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) bəyanatında deyilir.
“UKMTO Omanın Lima şəhərindən 19 dəniz mili (35 km) şimal-şərqdə baş vermiş insident barədə məlumat alıb. Tanker gəmisinin kapitanı naməlum mərmi ilə zərbə aldıqlarını bildirib”, – məlumatda vurğulanıb və əlavə edilib ki, heyət üzvləri təhlükəsizlikdədir, ətraf mühitə hər hansı zərər dəyməsi barədə məlumat yoxdur.
Gəmi kapitanı səhər saatlarında zərərin qiymətləndirilməsini həyata keçirəcək:
“Gəmilərə ərazidən keçərkən ehtiyatlı olmaq, hər hansı şübhəli fəaliyyət barədə isə UKMTO-ya məlumat vermək tövsiyə olunur. Hazırda aidiyyəti qurumlar insidentlə bağlı araşdırma aparır”.