
Türkiyənin İzmir şəhərinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Fabrikində baş verən güclü partlayış nəticəsində həlak olan işçilərin sayı 18-ə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
İş üzrə dörd prokuror təyin edilib, ədliyyə nazirinin müavini Can Tuncay isə istintaq çərçivəsində 11 şübhəlinin saxlanıldığını açıqlayıb.
Zavodun İdarə Heyətinin sədri Mehmet Rüştü Başaran da İstanbulun Kartal rayonunda saxlanılıb.
Tuncay bildirib ki, bir işçinin cəsədi hələ tapılmayıb və axtarış-xilasetmə işləri davam edir.
Əliyar Xəlil,