iran raket 900x600 1

“Nüvə texnologiyasının hərbi məqsədlərlə istifadəsi mütləq mülki əhaliyə qarşı bomba tətbiqi və kütləvi qırğın demək deyil”. 

Globalinfo.az xəbər verir ki, bunu İranın Fundamental Elmlər Araşdırma İnstitutunun rəhbəri Məhəmməd Cavad Laricani deyib.

O, nüvə silahlarının taktiki məqsədlərlə, o cümlədən hərbi mərkəz və bazaların hədəfə alınması üçün istifadə imkanlarından danışıb:

“İrana qarşı əməliyyatların həyata keçirildiyi hərbi bazalar hədəfə alına bilər. Bununla belə, mülki əhaliyə və insanların gündəlik həyatı üçün zəruri olan infrastruktura hücum fərqli məsələdir və İranın prinsiplərinə uyğun gəlmir.

İran uranı 80 faizədək zənginləşdirməlidir. Əgər ABŞ-ın Almaniya, Albaniya və ya Böyük Britaniyada yerləşən hərbi bazalarından İrana qarşı hücum həyata keçirilərsə, həmin obyektlər bizim üçün legitim hədəf hesab olunacaq”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: