“Sülh sazişi regionda sabitliyi artıracaq”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Mirzoyan və Bayramovla görüşündə deyib.
“Dövlət katibi Blinken Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülh yolunda əldə etdiyi irəliləyişlərə görə hər iki nazirə təşəkkür edib. Eyni zamanda hər iki ölkəni erkən razılaşma istiqamətində irəliləyişə davam etməyə çağırıb. Blinken vurğulayıb ki, sülh sazişi regionda sabitliyi və rifahı artıracaq”, – deyə Dövlət Departamentinin sözçüsü Metyu Miller vurğulayıb.
Xatırladaq ki, Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə ABŞ dövlət katibi arasında üçtərəfli görüş keçirilib.
Müşviq Tofiqoğlu
Globalinfo.az