
“Arsax” sözünün işlədilməsi Azərbaycanda Vardenisin “Basarkeçər” adlandırılmasına zəmin yaradır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, bu cür adlarla bağlı mübahisələrin həlli sülh sazişinin imzalanmasına gətirib çıxaracaq:
“Ermənilər istədikləri qədər “Arsax” ifadələrini işlədə bilərlər, amma onda Azərbaycan tərəfi də “Basarkeçər” və “Qərbi Azərbaycan” adlarını səsləndirəcək. Bu məsələlərin həlli sülh sazişinin imzalanmasından keçir”.
O, həmçinin başqa dövlətin müstəqilliyini tanımağın öz müstəqilliyinin beynəlxalq səviyyədə tanınması üçün vacib şərt olduğunu bildirib:
“Müstəqillik beynəlxalq sistemin bir hissəsidir və qarşılıqlı tanınma prinsipinə əsaslanır”.
Baş nazir Qarabağdan köçmüş insanların özlərini Ermənistan vətəndaşı kimi hiss etməli olduqlarını, dövlət və cəmiyyətin isə onların yadlaşmasının qarşısını almaq üçün çalışmalı olduğunu qeyd edib.
Paşinyan sonda erməniləri öz ölkələrini daha yaxından tanımağa və hadisələrə kənardan deyil, vətəndaş mövqeyindən yanaşmağa çağırıb.
Safura Bənnayeva
Globalinfo.az