vucic 900x572 2

“Serbiyanın Tehrandakı səfirlik binası İrana edilən hərbi zərbələr zamanı birbaşa hədəf olmayıb. Lakin ətrafdakı hücumlar nəticəsində binanın şüşələri sınaraq qəlpələr düşüb və səfirlik zədələnib”.

Globalinfo.az xəbər verir ki, bu barədə Serbiyanın dövlət televiziyası “RTS” məlumat yayıb.

Vuçiç heç kimin xəsarət almadığını bildirib:

“Səfirlik əməkdaşları daha təhlükəsiz əraziyə – Azərbaycanın paytaxtı Bakı şəhərinə köçürüləcək. Serbiya səfiri müvəqqəti olaraq Azərbaycana yollanacaq, lakin sonra Tehrana qayıdacaq“.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: