erdogan eliyev 11

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək.

Globalinfo.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran sosial şəbəkə hesabında məlumat verib.

B.Duran bildirib ki, Azərbaycanın Zəfər Günü münasibətilə baş tutacaq səfər çərçivəsində prezidentlər ikitərəfli görüş keçirəcəklər. Bu kontekstdə onlar Türkiyə-Azərbaycan əməkdaşlığının müxtəlif aspektlərini nəzərdən keçirəcək, həmçinin regional və qlobal proseslər ətrafında fikir mübadiləsi aparacaqlar.

Paylaş: