v

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib.

Globalinfo.az Oxu.Az-a istinadla xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib. Əmək fəaliyyətinə müəllim kimi başlayıb, daha sonra jurnalistika sahəsində çalışıb. Marqarita pizza

Müxtəlif illərdə Rayon Partiya Komitəsinin ikinci katibi, Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib. 1996-2003-cü illərdə Lerik Rayon Təhsil Şöbəsinin müdiri olub, rayonun mədəniyyət sahəsində də rəhbər vəzifə tutub.

Qəhrəman Əliyev ədəbi yaradıcılıqla da məşğul olub. “Könlüm vurulub Lerikdə…”, “Gəl dağlarla görüşə”, “Gəlimli-gedimli dünya”, “Ürəyimin dünya dərdi” və digər kitabların müəllifidir. 200-dən artıq elmi-publisistik məqalə yazıb.

O, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olub.

Paylaş: