qiz

Xalq artisti Məleykə Əsədova bir müddət əvvəl İranda dünyasını dəyişən bacısı qızı Minanın faciəli həyat hekayəsindən danışıb.

Globalinfo.az axsam.az-a istinadən xəbər verir ki, aktrisa bu barədə “Qonaqcanlı” verilişində söz açıb.

M.Əsədova bildirib ki, bacısı 1992-ci ildə ailə qurub və həyat yoldaşı ilə Təbrizdə yaşayıb:

“Bacımın ailəsi 2008-ci ildə dəhşətli hadisə ilə üzləşib, qazdan zəhərlənib, 13 yaşlı qızı isə ayılmayıb. Mina həmin hadisədən sağ çıxıb. Bacımın taleyi gətirmədi. Mina ailə qurdu, çox xoşbəxt yaşayırdı. Minanın xəstəliyi yox idi. İki əkiz, bir də iki yaşlı qızı var idi. Sonra dedi ki, oğlum olacaq. Xoşbəxt idi”.

Aktrisa əlavə edib ki, Minanın hamiləliyinin yeddinci ayında onda şiş aşkarlanıb:

“Uşağı tez götürdülər, Mina yaxşı idi, övladına süd də verirdi. Çində olanda dedi ki, xala, məndə Günayın xəstəliyi tapılıb. Günay da bacım qızıdır, 40 yaşındadır. Gedə bilmədim yasa. Bacımın vəziyyəti yaxşı deyil. Minanın övladları analarının öldüyünü bilmir. Onlara deyiblər ki, anan Allahın yanına gedib. Qızı deyir ki, bilsəydim belə gec gələcək qoymazdım getsin”.

Paylaş: