canli cumhurbaskani erdogan star tv ntv ortak 14694775 3326 amp 900x506 1

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib.

Globalinfo.az bildirir ki, o, bu barədə mediaya açıqlamasında danışıb.

“Azərbaycanda 8 Noyabr Zəfər Günüdür. Fövqəladə bir hal baş verməzsə, həmin gün Azərbaycana səfər etməyi planlaşdırıram. Ümid edirəm ki, bu səfər vasitəsilə zəruri addımların atılması üçün bir fürsət yaranacaq. Mən artıq Azərbaycan Prezidenti cənab İlham Əliyevlə telefon danışıqları aparmışam. Bununla yanaşı, həm Milli İstehbarat Təşkilatının rəhbərini, həm də xarici işlər nazirini Azərbaycana göndərmişəm. Bundan əlavə, həm cənab Əliyevlə, həm də xanımlarımız arasında fəal “telefon diplomatiyası” davam edir. Onlar 8 noyabr – Zəfər Gününə böyük əhəmiyyət verirlər.

    Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər klassik diplomatik təmasların çox fövqündədir. İki ölkənin qırılmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və inşallah gələcəyimizin məhsuludur. Türkiyə–Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur”, – Ərdoğan vurğulayıb.

    ***12:30

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.

    Globalinfo.az Oxu.az-a istinadla xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.

    Paylaş: