Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan parlamentində 2027-ci il dövlət büdcəsinin ilkin müzakirələri zamanı deputat Kristine Vardanyan nazirə sual ünvanlayıb.
“Seçkilərdən bir həftə sonra Hikmət Hacıyevin Ermənistana səfər etməsinə hansı təcili zərurət yaranmışdı?” – deyə Vardanyan bildirib.
Ararat Mirzoyan isə cavabında belə deyib:
“Çünki həmin dövrdə həm vətəndaş cəmiyyətləri, həm baş nazir müavinləri, həm ekspert qrupları, həm də Təhlükəsizlik şuralarının katibləri arasında qarşılıqlı səfərlər baş tuturdu”.
Qeyd edək ki, Hikmət Hacıyev 2026-cı il iyunun 14-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Dilicanda görüşüb. Görüş Ermənistan parlament seçkilərindən düz bir həftə sonra baş tutub. Rəsmi məlumatda tərəflərin iki ölkənin vətəndaş cəmiyyətləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi məsələlərini müzakirə etdiyi bildirilib.
Əliyar Xəlil
Globalinfo.az