“Azərbaycanda saxlanılan şəxslərin geri qaytarılması istiqamətində həyata keçirilən işlər barədə daim danışmağı xoşlamıram”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O qeyd edib ki, görülən səylərin nəticəsi konkret olmalıdır:
“Əsas məsələ saxlanılan şəxslərin azadlığa buraxılıb-buraxılmamasıdır. Bakıda saxlanılan şəxslərin sonuncu qrupunun azad edilməsindən sonra bu istiqamətdə əhəmiyyətli işlər görülüb. Bununla yanaşı, bəzi məqamları parlament tribunasından açıqlamamışıq. Bu həmin prosesdə iştirak edən digər ölkələrin adlarını çəkməklə onların mövqeyini çətin vəziyyətə salmaq deməkdir”.
Müxalifət nümayəndələrinə cavabında Ermənistanın müxtəlif ölkələrlə əlaqələrindən də danışan nazir bildirib ki, bəzi məsələlərin açıq müzakirəsi həmin dövlətlərlə münasibətlərə mənfi təsir göstərə bilər.
Mirzoyan, həmçinin erməni şəxslərlə görüşmək üçün Madaqaskar kimi üçüncü ölkələrə müraciət edilməsi təklifinə münasibət bildirib. O vurğulayıb ki, Ermənistan tərəfi bu cür imkanları nəzərdən keçirib və müvafiq müraciətlər etsə də, hələlik istənilən nəticəni əldə edə bilməyib.
Safura Bənnayeva
Globalinfo.az