ABŞ-da Demokratların əzici qələbəsi və Prezident Donald Trampın mövqelərinin zəifləməsi Ermənistan hakimiyyətini qorxuya salıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak”ın məqaləsində qeyd olunur.
Nəşr yazır ki, Ermənistan hökuməti Prezident Donald Trampın partiyasının məğlubiyyətinə görə çox narahatdır. Demokratların Konqresdə üstünlük qazanması və Trampın səlahiyyətlərinin zəifləməsinin ABŞ-Ermənistan əməkdaşlığına zərər vuracağı düşünülür. Xüsusilə TRIPP layihəsinin (Zəngəzur dəhlizi-red.) icrasının birdəfəlik ləğv olunmasından qorxurlar.
Məlumata görə, ötən gün ABŞ-ın İrəvandakı müvəqqəti işlər vəkili Devid Allen Ermənistan parlamentinə dəvət olunub. Burada deputatlar Allenə İrəvanın narahatlığını çatdırıb və bunun aradan qaldırılmasını xahiş ediblər.
Bu iclasdan sonra parlamentin rəsmi saytında yerləşdirilən bəyanatda TRIPP-dən də bəhs olunur. Görüşdə layihənin icrasının əhəmiyyətinin xüsusi qeyd edildiyi vurğulanıb.
Ayşən Mustafa
Globalinfo.az